19 May 2015 19:14
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar ən son məlumatlara əsasən, yaralılar artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda onlara ən yüksək səviyyədə tibbi yardım göstərilir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.

Yaralıların əksəriyyəti zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, digər yaralılar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına və Yanıq Mərkəzinə yerləşdirilib. 10 nəfərə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Hazırda səhiyyə nazirinin müavinləri xəstəxanalarda yaralıların vəziyyəti ilə maraqlanır və lazımi göstərişlər verirlər.

Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 təcili tibbi yardım briqadası artıq qayıtmaq üzrədir. Üç briqada isə hazır vəziyyətdə hadisə yerində qalır.

Xəstəxanalarda olan yaralıların həyatı üçün təhlükə yoxdur.

Səhiyyə Nazirliyinin referens-labratoriyasında yaralıların qanları müayinə olunub. Müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub. Orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində yaralıların qanlarında karboksiqemoqlobin aşkarlanıb.


Müəllif:

Oxşar xəbərlər