19 May 2015 21:39
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Binəqədi rayonu ərazisində yanan binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün tədbirlər görülüb.

Teleqraf.com-un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Mudafiəsi naziri Səlim Müslümov bildirib.

"Bizim həmin banada yaşayanlardan iki dəfə çox əhalini yerləşdirmək üçün imkanlarımız var. Artıq yanan binanın sakinləri üçün Sərhəd Qoşunları və Həmkarlar İttifaqının sanatoriyalarında yer ayrılıb. Vətəndaşlar öz istəyindən asılı olaraq, bu sanatoriyalarda yerləşdiriləcəklər. Orada hər cür şərait yaradılıb".

Nazir bildirib ki, yanğın zamanı dünyasını dəyişənlərin dəfn xərcləri də dövlət tərəfindən ödəniləcək.

Qeyd edək ki, yanan binanın sakinlərinin övladlarını təhsil aldıqları məktəblərə aparması üçün nəqliyyat vasitələri də ayrılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər