Bakının Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın zamanı körpəni qucağına alaraq od-alovun içindən çıxaraq polis çavuşu Qərb mediasında "Qəhrəman polis" elan olunub.
Milli.az bildirir ki, azərbaycanlı fotoqraf Orxan Əzimin ASSOCIATED PRESS agentliyi üçün çəkdiyi foto bu gün The Times, The Guardian, The Huffington Post və s. nüfuzlu nəşrləri tərəfindən "Günün fotoları" rubrikasında dərc olunub.
Fotodakı azərbaycanlı polis çavuşunu isə Britaniya və ABŞ mediası "Qəhrəman polis" adlandırıb.