2 İyun 2015 14:58
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobillərini Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası olmadan idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum ola bilərlər.

Bunu Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib.

O bildirib ki, son vaxtlar cərimələrin artırılması ilə əlaqədar sığortalı avtomobillərin sayı xeyli artıb, amma digər ölkələrlə müqayisədə bu rəqəm azdır.

Onun sözlərinə görə, buna görə yaxın zamanlarda icbari sığorta edilməyən avtomobillərin, ümumiyyətlə, yol hərəkətindən uzaqlaşdırılması üçün Maliyyə Nazirliyinə müraciət hazırlanır. (ans)


Müəllif:

Oxşar xəbərlər