19 İyun 2015 17:24
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailli fotoreportyor Tomer İfrah onun "The Guardian" qəzetində dərc edilmiş Azərbaycan haqqında fotoreportajına verilmiş şərhlərin ona məxsus olmasını təkzib edib. Fotoreportyor "Region Plus" jurnalının müxbirinə verdiyi müsahibədə bildirib ki, Britaniya qəzeti Bakının ünvanına tənqidin əks olunduğu bütöv abzasları onun sözləri kimi təqdim edib.

"Region Plus" jurnalı "The Guardian"ın dərc etdiyi reportajı onun "The Calvert Journal"da dərc edilmiş orijinal variantıyla müqayisə etdikdən sonra yol verilmiş saxtakarlığı üzə çıxarıb.
Məlum olub ki, daha əvvəl T.İfrahın Azərbaycan haqqında reportajı Avropanın müxtəlif mətbu nəşrlərində dərc edilib və yalnız müəllifin müsbət rəyləri ilə müşayiət olunub.
"The Guardian" bu materialı "The Calvert Journal"dan götürərək yenidən dərc edib və oraya Azərbaycan əleyhinə replikalar əlavə edib ki, erməni mətbuatı da dərhal bundan "faydalanıb". Üstəlik, "The Guardian" materialın adını dəyişərək, israilli jurnalistin fotoreportajının ümumi üslubu və mənası ilə heç bir əlaqəsi olmayan fərqli başlıqla dərc edib.

- Tomer, Britaniyanın "The Guardian" qəzetində dərc edilmiş fotoreportajın sizə aidiyyəti varmı, qəzet Azərbaycan haqqında reportajınızın bu şəkildə dərc edilməsini sizinlə razılaşdırıbmı?

- Azərbaycan haqqında fotoreportajımı mən əvvəlcə "The Calvert Journal"ın (TCJ) müəllifinə təklif etdim. Baş ofisi Londonda yerləşən bu jurnal böyük nüfuza malikdir, əsasən Rusiya və keçmiş Sovet İttifaqı ölkələri haqqında reportajlara üstünlük verir. Jurnal, həmçinin "The Guardian" və"Business Insider" kimi jurnallarla da əməkdaşlıq edir. Onlar "The Calvert Journal"da dərc edilmiş materiallardan istədiklərini seçərək təkrar dərc edirlər. Mənim Azərbaycan haqqındakı fotoreportajımla da bağlı eyni hal baş verdi. "The Calvert Journal"ın müəllifi məndən müsahibə aldıqdan sonra reportajım və müsahibəm "The Calvert Journal"ınhttp://calvertjournal.com/features/show/4162/contemporary-azerbaijan-tomer-ifrah-photography-diary-travel saytında dərc edildi.
Bir neçə gün sonra dünyanın müxtəlif guşələrindən çox xoş şərhlər daxil olmağa başladı. "The Calvert Journal"ın müəllifi mənimlə əlaqə saxlayaraq bildirdi ki, Britaniyanın "The Guardian" nəşri Azərbaycan haqqında fotoreportajımla maraqlanıb. O, mənim reportajımın orada dərc edilməsinə razı olub-olmadığımı soruşdu. Mən razılaşdım (bu günə qədər digər materillarımı da "The Guardian" təkrarən dərc edib). Lakin mən bu məsələ ilə bağlı "The Calvert Journal"ın müəllifindən başqa heç kimlə təmasda olmamışam.

- "The Guardian" qəzetində dərc edilmiş materialda məhz hansı sitatlar sizə aid deyil?

- Hər fotoşəklin altında onu müşayiət edən bir yazı var ki, bir paraqrafda reportajın detallarını təsvir edir və Azərbaycan haqqında ümumi informasiya verir. Bu yazılar iki hissədən ibarətdir. Bir hissə "The Calvert Journal"da dərc edilmiş sitatlarım və sözlərimdir, burada olduğum yerlər, çəkdiyim insanların və yerlərin şəkilləri haqqında ümumi izahlar və s. vermişəm. İkinci hissə isə "The Guardian"ın öz mətnləridir ki, bu da əsasən I Avropa Oyunlarına, digər sosial və iqtisadi məsələlərə aiddir.
Qeyd etmək lazımdır ki, mənim "The Guardian" qəzetində dərc edilmək üçün "The Calvert Journal"dan götürülmüş sözlərim dırnaq içinə alınıb ('example') və bu, belə də olmalı idi. Lakin onlar o qədər kiçik verilib ki, güclə nəzərə çarpır. Anlaşılmazlıq da elə bundan yaranıb - mənim sitatlarım və "The Guardian" qəzetinin Avropa Oyunları barəsində və digər məsələlərə dair mətnləri ardıcıllıqla verilib və belə təəssürat yaranır ki, bütün bunlar mənim sözlərimdir. Beləliklə, "The Calvert Journal"ın səhifələrində dərc olunanlar mənim sözlərimdir. Qalan nə varsa, mənə aid deyil. Mənim mətnimin orjinalı ilə tanış olmaq istəyənlər xahiş edirəm "The Calvert Journal" a müsahibəmi diqqətlə oxusun.

- Belə çıxır ki, sizin fotoreportajınızı Azərbaycana qarşı istifadə ediblər? Lakin biz bilirik ki, sizin siyasətlə heç bir işiniz yoxdur və faktiki olaraq sizi zərbə altına qoyublar...

- Bu reportaj "The Moscow Times" nəşri, Amerikanın səyahətlər haqqında "Roads&Kingdoms" kitabı, "The Guardian" qəzeti, Almaniyanın həftəlik "Die Welt" qəzeti də daxil olmaqla, 10 müxtəlif mətbu orqanında dərc edilib. Mənim Azərbaycan haqqında təəssüratlarım çox gözəl idi və bütün bunlar bu mətbu orqanların səhifələrində öz əksini tapmışdı. Mən bu nəşrlərə müxtəlif müsahibələrimdə öz təəssüratlarımı və təcrübəmi bölüşmüşəm, bu, "The Calvert Journal"a verdiyim müsahibəyə də aiddir. "The Guardian" qəzetində dərc edilmiş mətnin digər hissəsinə görə isə məsuliyyəti bu qəzet daşıyır .

- Baş verən bu insidentlə bağlı hər hansı tədbir görəcəksinizmi?

- Mən bu məsələni"The Calvert Journal"ın müəllifi ilə aydınlaşdırmağa hazırlaşıram, çünki o, müsahibəmin "TheGuardian" qəzetində dərc edilməsi ilə bağlı təmasda olduğum yeganə insandır.
Lakin bir məsələdən razıyam ki, "The Guardian" qəzetində dərc olunmuş materialla bağlı daxil olan şərhlərin əksəriyyəti mənim Azərbaycan haqqındakı fotolarımla əlaqədardır. Şərhlərdə bu yerlərin çox maraqlı olduğu bildirilir. İnsanlar bu ölkəyə heyran qalıblar, şərhlərin hamısı fotolara aiddir. Adətən fotoreportaj olan yerdə künc və ya aşağı hissələrdə yazılmış kiçik mətnlər o qədər də nəzərə çarpmır.

- Zəhmət olmasa, planlarınızla bölüşərdiniz. Azərbaycanda həyata keçirmək istədiyiniz layihələriniz yenə varmı?

- Əlbəttə! Mən bunu çoxdan planlaşdırıram. Bu, Azərbaycanın tarixi və eləcə də müasir Azərbaycan haqqında landşaft layihəsidir. Bu dəfə bu, rəngli, orta formatlı film olacaq. Mən bütün araşdırmaları aparmışam və layihəyə başlamağı səbirsizliklə gözləyirəm. Planlaşdırdığım layihə KİV-də, sərgilərdə, onlayn qaydada beynəlxalq aləmin daha çox diqqət mərkəzində olacaq. Ancaq mənim ən başlıca məqsədim Azərbaycanın tarixindən bəhs edəcək kitabdır. Bu, uzun illər nəticə verəcək layihədir. İndi mən San Paoloda layihə üzərində işləyirəm, amma mənim əsas prioritetim Azərbaycandır. Mən həqiqətən də işə başlayacağım günü səbirsizliklə gözləyirəm.

İndi isə "The Guardian"da dərc edilmiş reportajda T. İfrahın haqqında bəhs etdiyi saxtakarlıqları təqdim edirik

1. "The Calvert Journal" qəzetindəki normal başlığı "The Guardian" nəşri antiazərbaycan sərlövhəsi ilə əvəz edib (narıncı rənglə qeyd edilib)

2. а) "The Guardian" T. İfrahın demədiklərini onun ayağına yazır. Guya fotoqrafa məxsus olan iki cümləlik sitatın (narıncırənglə qeyd edilib) birinci cümləsindı müəllifin sözləri təhrif edilib (burada tamamilə neytral different sözü neqativ məna verən confounded sözü ilə əvəz edilib). İkinci cümlədə isə T.İfrahın ümumiyyətlə demədiyi sözlər onun ayağına yazılır: People live in poverty...

b) Bu sitatdan dərhal sonra "The Guardian" özlərinin uydurduğu daha bir cümləyə yer verir (yaşıl rənglə qeyd edilib). Üstəlik sitatı qəzet adətən istifadə erdiyi dırnaq işarəsilə deyil, çox çətin seçilən dırnaqla işarələyib ki, bundan da belə təəsürat yaranır ki, sitatdan kənar ifadələr də T. İfraha aiddir.

P.S. Son ay ərzində Britaniyanın "The Guardian" qəzeti Azərbaycan haqqında 40-dan çox məqalə dərc edib. Əslində, Avropa nəşrinin ilk Avropa Oyunlarının keçirildiyi ölkəyə bu qədər yüksək maraq göstərməsində təəccübülü heç nə yoxdur. Qəribəsi isə budur ki, Britaniya nəşrinin materiallarında Avropa Oyunları mövzusuna cəmi bir neçə dəfə toxunulub ki, o da Azərbaycana hücumlara bir səbəb kimi. Əlbəttə, bu və ya digər ölkənin ünvanına tənqid normal haldır, amma bu tənqid açıq-aydın şəkildə çərçivədən çıxırsa, bu halda oxucunun bir ölkənin nəşrinin başqa dövlətə nə üçün belə "böyük qayğı" göstərməsini düşünməyə haqqı var. T.İfrahın fotoreportajı ilə bağlı hadisədə olduğu kimi, saxtakarlığın aşkar edilməsi heç suallar üçün də yer qoymur - "The Guardian" təkcə mənəvi-etik normaları deyil, həm də Britaniya qanunvericiliyini pozur. Britaniyaya, eləcə də dünya oxucusuna nə dərəcədə hörmət etməmək lazımdır ki, ona bu cür yalanı sırıyasan.


Müəllif: Leyla

Oxşar xəbərlər