Nizami rayonu ərazisində su borusu partlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Borunun partlaması nəticəsində borudan sızan su küçəyə axıb və avtomobillərin hərəkətinə maneə törədib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, artıq problem aradan qaldırılıb:
“Ərazidə “Azərsu” ASC-nin əməkdaşları olublar. Bu, əhali tərəfindən fərdi çəkilmiş kiçik diametrli su xəttidir. Bizim əməkdaşlarımız ərazidə olublar və artıq problem aradan qaldırılıb”.