Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərin sayı 500-ə yaxınlaşır.
Bu barədə Secki-2015.az saytına Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Seçkiləri izləyəcək yerli müşahidəçilərin sayı isə 60 min nəfərdir.
Məlumat üçün deyək ki, seçkiləri MDB ölkələrindən 20, Avropa ökələrindən isə 27 müşahidəçi izləyəcək. Seçkiləri müşahidə edəcək beynəlxalq təşkilatların sayı isə 22-yə çatıb.