29 Oktyabr 2015 10:16
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qeyri-adi doğum hadisəsi baş verib.

Körpəsini dünyaya gətirmək üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Günel Əliyevanın uşağı təkqollu doğulub.

Körpənin nənəsi Rahilə Alıyeva doğulan uşağın bir qolunun dirsəkdən aşağı olmadığını deyib.

Bu, gənc – Araz və Günel Əliyev ailəsinin ikinci övladıdır. İlk uşaqda isə buna bənzər halla rastlaşmayıblar. Qaranlıq qalan bir məqam həm də iki qohum ailənin digər üzvlərində, eləcə də yaşlı nəsillərində də indiyəcən bu cür xəstəliyə rast gəlinməməsidir.

Qolunun birinin anadangəlmə olmamasına baxmayaraq, həkimlər körpənin ümumi vəziyyətini qənaətbəxş hesab edir. Elə ana da normaldır. Sadəcə, baş verənlərin ağrısını yaşayır.

Bu cür xəstəliyin necə rast gəlinməsi isə nadir hal kimi qiymətləndirilir. Həkimlərin fikrincə, yeni doğulan uşaqlarda bu cür fiziki qüsurlar bir neçə amildən yarana bilər ki, onların da bəzisi irsi xəstlik və ya ananın antibiotik qəbul etməsi ilə bağlı ola bilər (anspress).


Müəllif:

Oxşar xəbərlər