Namizəd seçkilərdən geri çəkilməyəcəyini deyərək Divandan bunu nəzərə almasını istəyib
Müsavat Partiyasının deputatlığa namizədi İkram İsrafil partiya Divanının məlum qərarına rəğmən seçkidə iştirak etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bununla bağlı İkram İsrafil Müsavat rəhbərliyinə yumşaq tonda müraciətdə ünvanlayıb: “Əziz dostlar, hörmətli Divan üzü həmkarlarım ,namizəd olduğum 115 ci dairənin kəndlərində apardığım kampaniya və görüşlərdən az da olsa məlumatınız var. Şəkidən 80 km uzaqlıqda olan kəndlərin də hər birində körüşlər keçirmişik. Dairə ərazisindəki 10.000 ailədə olmuşuq.42 məntəqənin ərazisində görüşlər keçirmişik. İnsanlara yaşadıqları problemləri həll edəcəyimizə söz vermişik.
Bu kəndlərin insanları millət vəkili olduğum dövrdə doğulduğum Bideyiz kəndində , yola asvalt ortüyü, kəndin telefonlaşması, iki ədəd su artezian quyusunun qazılması, 100 metr beton bəndin çəkilməsi və. s kimi əsas problemlərin həllinə nail olduğumu bilirlər. Bu insanlar ümidlə seçkiyə gəlib mənə səs verəcəkərini gözləyirlər.
Əminəm ki, 1 noyabrda bu dairənin insanları məni yüksək səslə deputat seçəcəklər.
Əlbəttə ki, Divanın qərarında göstərilən məsələlər həllini tapmamış qalmaqdadır.
İnanıram ki, Müsavat Partiyası Divani bu gün keçirəcəyi iclasında yuxarıda qeyd etdiyim və etmədiyim məsələləri nəzərə alacaq”.
Qeyd edək ki, Müsavat Partiyası seçkidən imtina edib. Onun bəzi namizədləri isə partiyanın verdiyi bu qərarla hesablaşmır və seçki prosesində iştirak edəcəyini ifadə edir.
Cavidan