12 Noyabr 2015 15:49
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Teleqraf.com xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Arif Yunusun barəsində seçilmiş həbs qəti imkan tədbiri dəyişdirilib. Onun barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə Leyla Yunus apelyasiya şikayəti ilə tanış olması üçün hakimlərdən əlavə vaxt istəmişdi. Buna görə də həmin vaxtda proses baş tutmamışdı.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: