Bakının Sabunçu rayonunda yaşayış evindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Balaxanı qəsəbəsi, Fazenda massivində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.
Qəsəbə sakini Nuriyyə Süleymanovanın evindən 3 min manat dəyərindən qızıl oğurlanıb. Qadın baş verən oğurluq hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Hazırda cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Hacı Zeynalov