14 Dekabr 2015 17:42
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Elşad Məmmədovun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) bir ədəd bağlamada, 66 ədəd həb şəklində olan metadon aşkar edilib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 66 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 2,62 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif: