24 Fevral 2016 18:52
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günahsız, əliyalın insanların hüquq və azadlıqlarının kütləvi şəkildə vəhşicəsinə pozulması ilə nəticələnən, bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımından 24 il keçməsinə baxmayaraq, bu cinayətin törədilməsində səbəbkar olan ermənilər hələ də layiqli cəzalarını almayıblar”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. Onun sözlərinə görə, Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün dünyaya qarşı törədilmiş bir cinayətdir: “Buna baxmayaraq bəşəriyyət öz susqunluğunu qoruyur. Amma onu qeyd edim ki, ölkə olaraq dayanmaq məqsədimiz yoxdur. Ölkəmizin yeritdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, artıq dünya birliyi Xocalıda törədilən faciə haqqında məlumatlıdır. Bildiyiniz kimi bu yaxınlarda ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıdıqları ilə bağlı sərəncam imzaladılar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasına dünyanın bir sıra ölkələri qoşulur və təbliğat xarakterli işlər görürlər. Bütün bunlar onu göstərir ki, bizlər səsimizi dünyaya eşitdirə bilirik”.

M.Seyidov deyib ki, unternet medianın hökm sürdüyü bir vaxtda yaşayırıq: “Özümüzə düzgün hədəf, istiqamət götürsək, gördüyümüz işi sosial mediada düzgün təbliğ etsək, səsimiz daha da uzaqlara çatacaq, ümumbəşər qəbul edəcək ki, Xocalı faciəsi bütün dünyaya qarşı törədilmiş bir cinayətdir və bu cinayətə göz yummaq cinayətkara yardım etməkdən başqa bir şey deyil. UBM Qrupun yaratdığı “Justice for Khojaly” bu istiqamətdə atılmış ən uğurlu addımlardan biridir. Ölkə olaraq, böyük işləri görürük və mən inanıram ki, istədiyimizə nail olacağıq.

“İRƏLİ” İctimai Birliyi olaraq bizlər də üzərimizə düşən vəzifəni layiqli şəkildə yerinə yetirməyə çalışırıq.

İlk olaraq təşkilatımız tərəfindən hazırlanan, faciənin 24 illiyinə həsr olunmuş informativ xarakterli sosial video çarx ictimaiyyətə təqdim olunacaq. Ardınca 200-300 nəfərlə birgə yürüş təşkil edəcəyik. Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş yürüş Dənizkənarı Milli Parkdan başlayacaq və “Ana Fəryadı” abidəsinin önünə qədər davam edəcək”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər