25 Fevral 2016 10:50
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalıya ədalət beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən paytaxt Mexiko şəhərində soyqırım qurbanlarının anım tədbiri keçirilib.

Səfirlik tərəfindən Mexiko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə keçirilmiş tədbirə Meksikanın tanınmış “UNAM” və “ANAHUAC” və digər universitetlərinin tələbələri, Meksikadakı Azərbaycan icmasının üzvləri, Mexiko ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri qatılıblar.

Tədbiri giriş sözü ilə açan səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, insanlıq əleyhinə törədilmiş bu cinayətin beynəlxalq səviyyədə tanınması prosesindən bəhs edib.

Tədbirdə söz alan səfirliyin 1-ci katibi Tural Rəhimov Xocalıda baş verən hadisələrin Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin təzahürü olduğunu diqqətə çatdırıb.

Sonra tədbirdə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və bu məqsədlə tədbirin keçirildiyi Tlakskoake-Xocalı meydanında yerləşən 16-cı əsrə aid tarixi kilsədə kilsə zəngləri çalınıb.

Eləcə də, Azərbaycanla həmrəyliyin nümayişi olaraq üzərində “Xocalıya ədalət” yazılan köynəklər geyinmiş meksikalı tələbələr eyni yazıları əks etdirən hava şarlarını səmaya buraxıblar.

Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib.//Trend


Müəllif:

Oxşar xəbərlər