6 Aprel 2016 21:21
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağdakı döyüşlərdə yaralanan erməni hərbçilərindən 30 nəfəri hazırda İrəvandakı mərkəzi hərbi hospitalda müalicə olunur.

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda hospitalın rəisi Aram Asaturyan məlumat verib.

Onun sözlərinə görə, son iki gündə hospitala Qarabağdan yaralı 12 hərbçi gətirilib. “Bizdə indi ümumilikdə 30 yaralı hərbçi var, onlardan 5-nin vəziyyəti çox ağırdır, 4-ü əsgər, 1-i isə “Erkrapa” könüllülər ittifaqının üzvüdür. 5 hərbçinin vəziyyəti stabil ağırdır, qalanları orta ağır və yüngül vəziyyətdədirlər”, - Asaturyan deyib. O deyib ki, bu gün hospitala daha 3 nəfər yerləşdirilib: “19 yaşlı Ayk Torosyan ağır durumdadır, 1 nəfər komadadır”, - rəis bildirib.


Müəllif: