Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cəbhədə baş verən son toqquşmalar zamanı şəhid olan pilotların ailələrinə ev verib.
Publika.az-ın məlumatına görə, mənzillər Bakı şəhərində yerləşir.
Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Mirzəyevdir.