6 May 2016 16:14
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

İ.Siddiq diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu etdi.


Müəllif:

Oxşar xəbərlər