6 May 2016 16:39
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan İranla sərhəddə fəaliyyətsiz olan bir sıra gömrük-keçid məntəqələrinin işini bərpa etmək istəyir”.

Teleqraf.com-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib. O, bildirib ki, hazırda İranla bir sıra keçid məntəqələrinin bəziləri işləmir: “Çalışırıq ki, mövcud olan keçid məntəqələrinin fəaliyyətini bərpa edək. İran və Azərbaycan arasında ümumiyyətlə insanların rahat hərəkəti üçün münbit şərait yaradılıb. Hazırda bəzi keçid məntəqələrinin bərpa üçün müzakirələr aparırıq. Hökumətlərarası Komissiya səviyyəsində Azərbaycanla İran arasında mövcud olan keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı konkret addımlar atılır. Aparılan bu işlərin nəticəsi ictimaiyyətə məlum olacaq. Gömrük orqanları bu məsələyə tam hazırdır”.

Yeni gömrük-keçid məntəqələrinin açılması ilə bağlı planlara toxunan Şahin Bağırov qeyd edib ki, bu məsələ birtərəfli deyil, qarşılıqlı istəklə həyata keçirilməlidir: “Başqa sözlə, keçid məntəqəsinin yaradılması digər qonşu ölkənin marağında olmalıdır və buna ehtiyac olmalıdır. Məhz bu ehtiyacları dəyərləndirdikdən sonra, biz bu məsələni müzakirə edirik”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər