7 May 2016 11:32
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun sona çatması ilə əlaqədar olaraq, paytaxtda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlanıb.

Teleqraf.com Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, mayın 8-də səhər saat 09:00-dan 12:00-dək Bakı şəhərində Azadlıq meydanı - Neftçilər prospekti - Nobel prospekti - Zığ şosesi - Qala yolu - Buzovna - Bilgəh - Zuğulba - Buzovna - Hava limanı şosesi marşrutu üzrə, saat 09:00-dan 15:30-dək isə Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı - Nefçilər prospekti - İçərişəhərdə Kiçik Qala küçəsi - Qoşa Qala Qapısı - İstiqlaliyyət küçəsi - Sona xanım Vəliyeva küçəsi - Lermontov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi - Parlament prospekti - Hüseyn Cavid prospekti - Landau küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.


Müəllif: