Fələstin prezidenti Mahmud Abbas Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Teleqraf.com təbrik mətnini təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi, qardaş Azərbaycan xalqını və Hökumətini Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Allah-Taaladan Sizə, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah diləyirəm. Xalqlarımızı birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin inamımızı ifadə edir, bu əlaqələrin inkişafından, ölkələrimiz üçün faydalı olan və ortaq məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən sonsuz məmnunluq duyuram.
Zati-aliləri, müstəqil Fələstin Dövlətinin yaradılmasına qardaşlıq dəstəyinizi yüksək qiymətləndirir və təşəkkür edirik.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm ən səmimi təbriklərimi qəbul edəsiniz.
Hörmətlə,
Mahmud Abbas
Fələstin Dövlətinin Prezidenti,
Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri