Martın 2-də ABŞ Dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Teleqraf.com-un məlumatına görə, Cenevrədə BMT İnsan Hüquqları Şurasının toplantısı çərçivəsində keçiriləcək görüşdə Ukraynanın şərqindəki durum və Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlinin müzakirə olunacaq.
Martın 1-də Kerri Nemtsovun qətlinin “hərtəfərli, şəffaf və real təhqiqatına” çağırıb.
Kerri Ukrayna separatçılarının yaranmış durumdan istifadə edərək silahlanmasından və yeni hücum həmlələrinə başlamaq cəhdlərindən narahatlığını ifadə edib.
Ayxan