Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində Aleksis Tsiprasın "Radikal Solçular" partiyası (SYRİZA) qalib gəlib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, Tsipras səslərin 35,47 faizini toplayıb. Bununla da SYRİZA parlamentdə 145 yer alıb.
Onun əsas rəqibi "Yeni Demokratiya" partiyası isə 28,09 faiz səslə 75 yerə sahib olub. Üçüncü yerdə "Xrisi Avqi" (Qızıl dan) partiyası qərarlaşıb. Onlar 6,99 faiz səslə parlamentdə 18 yer qazanıb.
Seçkilərdə həmçinin, "Demokratik Solçular" partiyası - 6,28 % (17 yer), Yunanıstan Kommunist Partiyası - 5,55 % (15 yer), "Potami" partiyası - 4,09 % (11 yer), "Müstəqil yunanlar" partiyası - 3,69% (10 yer) səs qazanıb.
Seçkilərin nəticələrindən sonra Tsipras jurnalistlərə açıqlama verib: "Rəhbərlik etdiyim partiya 4 il müddətinə mandat əldə etdi. Bu SYRİZA-nın deyil, yunan xalqının qələbəsidir. Buna qədər 8 ay müddətində qeyri-simmetrik qüvvələrlə mübarizə apardıq və göstərdik ki, SYRİZA yıxılmazdır. Sabahdan biz keçmişimizlə vidalaşırıq".
Samir