Dağlıq Qarabağ münaqişəsi Varşavada NATO sammiti zamanı müzakirə olunacaq.
Teleqraf.com-un məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “twitter” səhifəsində yazıb.
Həmsədr bildirib: “NATO sammiti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirmək üçün yaxşı imkandır”.
Qeyd edək ki, NATO sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.