“Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev avqust ayının 12-də qəfil dünyasını dəyişdikdən sonra bəzi mətbuat orqanlarında guya onun yerinə kiminsə “təyin edilməsi” haqqında həqiqəti əks etdirməyən və görünür hansısa məqsədlərə xidmət göstərən məlumatlar yayılmağa başlayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə görə, partiyanın rayon təşkilatının sədri tutduğu vəzifəni bu və ya digər səbəbdən icra edə bilmədikdə, onun səlahiyyətlərini növbədənkənar konfransda sədr seçilənə qədər sədrin müavini icra edir. Ağdam rayon təşkilatında yeni sədrin seçilməsi ilə əlaqədar konfrans keçirilməyib.
Səxavət