“Hər bir seçicimiz üçün xüsusi referendum layihəsi hazırlanıb və evlərə paylanıb ki, seçicilər maddələrdəki dəyişiklikləri nəzərdən keçirsən və öz fikirlərini bildirsinlər”.
Bu sözləri 20 saylı Nərimanov ikinci seçki dairəsi 16 saylı məntəqə seçki komissiyasının sədri Xədicə Əliyeva Teleqraf.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 1 aydır referenduma aid təbliğat aparılır: “Dairə seçki komissiyasında 1424 seçici qeydiyyata alınıb. Səhər saatlarından indiki vaxta kimi 200-dən çox seçici səsvemə də iştirak edib”.
Xədicə Əliyeva qeyd edib ki, səsverməni ayrı-ayrı partiyaların təmsilçiləri və könüllü müşahidəçilər izləyirlər.
İlhamə Əbülfət