Qazaxıstan prezidenti Nursultan Nazarbayev sabah Azərbaycana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Nazarbayev oktyabrın 13-də Bakıdan İrəvana uçacaq və Ermənistanda keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
İclasda Nazarbayevlə yanaşı, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan prezidentlərinin də iştirakı planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Natiq Əliyev Astanada keçirilən Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin oktyabrın 12-də Azərbaycana səfər edəcəyini bildirmişdi.
Samir