Bu gün saat 17:00-da, yerli vaxtla saat 15:00-da Cenevrədə, BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövrü hesabatının təqdim olunmasına başlanıb. Tədbir BMT İnsan Hüquqları üzrə Ali Komissarın ofisində keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov məlumat yayıb.
Azərbaycanın rəsmi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir. Nümayəndə heyətində digər bir sıra nazirliklər nazirliklər və Baş Prokurorluq müavin və ya idarə rəisləri səviyyəsində təmsil olunurlar.
Qeyd edək ki, Azərbaycan sonuncu dəfə 3-cü dövrü hesabatı 2009-cu ilin yayında təqdim etmişdi. Növbəti gün Azərbaycan üzrə sessiya saat 10:00-da başlayacaq və 13:00-da da bitəcək. (Bakı vaxtı ilə 12:00-15:00).
Sessiyanı bu linkə daxil olmaqla canlı izləmək mümkündür.
Səxavət
http://webtv.un.org/live-now/watch/118th-session-of-the-human-rights-committee-/5020523796001