Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro telefonlıa danışıb.
Teleqraf.com Rusiya XİN-in saytına istinadən xəbər verir ki, nazirlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki münaqişə həlli yollarına dair fikir mübadiləsi ediblər.
İnformasiyaya əsasən, diplomatlar İraqın Mosul bölgəsinin terrorçulardan azad edilməsi yollarından, terrorçulara qarşı birgə mübarizədən də danışıblar.