1 Fevral 2017 13:04
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Vahid Əhmədov Milli Məclisdə çıxışı zamanı Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacib olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, deputat Rəqabət Məcəlləsinin qəbulunun Milli Məclisin 2017-ci il yaz sessiyasında qanunvericilik işləri planına salınmsını təklif edib.

Oqtay Əsədov isə deputatın təklifinə cvab olaraq, "qanun layihəsi hazır olmalıdır ki, bunu plana salaq" deyib: "2008-ci ildə başlayan iqtisadi böhrandan sonra Rəqabət Məcəlləsi dəyişməlidir. Təşəbbüskar kimdirsə, nə vaxt təklif edəcəksə, Milli Məclisdə baxılacaq. Bu məsələlərin hamısı nəzarətdədir. İclasa başlayanda mən təklif etdim ki, kimin sözü varsa, desin. Xahiş edirəm ki, gündəliyə uyğun olaraq çıxışlar edək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər