10 İyul 2014 12:49
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 7-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimləri başlayıb və bu gün başa çatacaq. Təlimləri izləyən müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsinə də səfər edib.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, müdafiə nazirinin cəbhə xəttinə getməsi əsgərlərdə böyük ruh yüksəkliyi yaradır. Onun sözlərinə görə, Zakir Həsənov da özü birbaşa həmin hərbi hissələrə getməklə, əsgərlərin maddi-texniki bazasının, ərzaqlarının keyfiyyəti, tibbi xidmət və digər məsələlərə birbaşa nəzarət edir:

“Eləcə də təlimlərə qatılmaqla birbaşa prosesləri öz gözü ilə görür və buna müvafiq olaraq tapşırıqlar verir. Bu görüşlər zamanı nazir düşmənin cavab atəşilə susdurulması ilə bağlı qətiyyətli əmrlər verir. Azərbaycan əsgəri də bu istiqamətdə addımlar atır. Son günlər təlimlərin sayı da artıb. Buna ölkəmizin iqtisadi gücü də imkan verir. Müasir texnikamız var, əsgərlərimizin hərbi hazırlığı da yüksək səviyyədədir və bu bizə imkan verir ki, belə təlimləri tez-tez keçirək. Məşhur hərbi termində deyildiyi ki, “Təlimdə nə qədər çox tər töksən, döyüşdə bir o qədər az qan itirərsən”. Ona görə də ordumuzun hazırlığı birinci məqsəd kimi qarşıya qoyulub”.

E.Həsənli deyib ki, digər qoşun növləri ilə birgə təlimlərin həyata keçirilməsi II Qarabağ savaşında qələbəni təmin etmək üçün ən vacib şərtlərdən biridir. Onun fikrincə, Ermənistan Azərbaycanla müqayisədə çox az təlimlər keçirir: “Bu da ondan irəli gəlir ki, Ermənistanın faktiki olaraq iqtisadi gücü yoxdur. Heç hərbi hazırlıqları da təlimlər keçirməyə imkan vermir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər