Qazax rayonunda 17 yaşlı yeniyetmə faciəli şəkildə dünyasını dəyişib.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu idarə etdiyi "Belarus" markalı tarktoru aşırıb.
Nəticədə yeniyetmə hadisə yerində dünyasını dəyişib.
Şahidlərin bildirdiyinə görə, o, traktor sürməyi öyrənmək üçün sükan arxasında əyləşib.