14 İyul 2017 17:38
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburq-Bakı aviareysində gecikmə olub.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Azərbaycan Hava Yolları QSC-nin təyyarəsi Moskvanın "Domodedovo" hava limanına məcburi eniş edib.

Təyyarənin eniş nöqtəsinin dəyişməsinə səbəb Sankt-Peterburqdakı "Pulkovo" hava limanında xüsusi tədbir keçirilməsidir.

Təyyarə "Domodedovo" hava limanına yönləndirilib və orada uğurla eniş edib.

Təyyarənin göyərtəsində 163 sərnişin və 7 heyət üzvü var.

Müvafiq icazə alındıqdan sonra “Airbus A320” təyyarəsi Moskvadan Sankt-Peterburqa uçacaq.

Sankt-Peterburqdan Bakıya olan reys də öz növbəsində yubanır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər