19 İyul 2017 18:51
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə və mediada dəyərli sənətkarımız Könül Xasıyevanın diaqnozu ilə bağlı yayılan məlumatlar yanlışdır. Könül xanıma sinir iflici diaqnozu qoyulmayıb. Onda sadəcə olaraq, lumbar, yəni bel nahiyəsindəki yırtıqların sinirə basqısı nəticəsində hərəkət məhdudiyyəti var.

Bu sözləri Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Fizioterapiya və Reabilitasiya Şöbəsinin müdiri Pərvin Əkbərov Teleqraf.com-a açıqlamasında deyib.

O, həmçinin medianın Könül xanımın müalicəsi zamanı istifadə olunan aparatla bağlı yazdıqlarını da şişirtmə adlandırıb: “Bəziləri bu məsələdən sui-istifadə edib, reklam xartakterli yazılar yazırlar. Onun həkimi olaraq bu məsələni ən çox mən şişirdə bilərəm. Amma bu, lazım deyil. Reallığı danışmaq lazımdır. Qoy insanlar da, Könül xanım özü də həqiqəti bilsin.

Düzdür, Könül xanımın müalicəsində bu aparat bilavasitə istifadə olunur. Amerikanın Florida ştatında bir neçə ay əvvəl keçirilən treninqdə mən bu aparatın istifadəsinə görə sertifikat aldım. Bu aparatı bu gün Azərbaycanda da müvəffəqiyyətlə işlədirik. Könül xanımın müalicəsi zamanı bu aparat bizə kömək etdi. Amma onu aparat yox, həkimlər xilas edib həyata qaytardı. Yəni o aparat olmasaydı da mən onu başqa üsulla müalicə edib indiki nəticəni əldə edə bilərdim. Sadəcə onu demək istəyirəm ki, biz onun müalicəsində tək aparatdan yox, bir çox metodlardan istifadə etmişik. Düzgün müalicə aparmışıq. Mən böyük bir iş görməmişəm. Könül xanım da mənim üçün başqaları kimi sıradan bir xəstədir. Mən sadəcə üzərimə düşəni etdim və yaxşı nəticə də aldım. Birinci gündən isə müalicənin növbəti mərhələsinə başlamalıyıq. Çünki artıq çəki problemi və hərəkət məhdudiyyəti var. Onun normal həyata qayıtması üçün müalicəni davam etdirməliyik”.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər