Teleqraf.com RİA informasiya agentliyinə istinadən xəbər verir ki, qəza mikroavtobusun arxa təkərinin yerindən çıxması nəticəsində baş verib.
Qəza nəticəsində 2 nəfər ölüb. 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər isə xəsarət alıb. Hadisə nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb.
Yaralananların vəziyyəti barədə informasiya verilməyib.
Qeyd edək ki, mikroavtobusu idarə edən 27 yaşlı Azərbaycan vətəndaşının bundan əvvəl cinayət məsuliyyətinə cəlb olunmadığı və dörd illik sürücülük təcrübəsinə malik olduğu bildirilib.