29 İyul 2017 10:28
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunun Toğanalı kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, kənddə vətəndaşa məxsus ümumi sahəsi 3000 m2 olan istrahat mərkəzinin mətbəxin yanar konstruksiyaları 150 m2, 2 ədəd "Beko" markalı vitrin və 1 ədəd "Orsk" markalı soyuducu yanıb.

İstrahat mərkəzinin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Şəfiqə