Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə zamanı 66-sı uşaq olmaqla 77 nəfər zəhərlənib. İlkin ehtimallara görə, onlar qidadan zəhərləniblər. Faktla bağlı araşdırmalara başlanıb.
İyulun 28-dən avqustun 5-dək davam edəcək festivala Rusiyanın müxtəlif bölgələrindən 12-17 yaş arası 300-dən çox uşaq qatılıb.