21 Avqust 2017 12:52
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan sərhədçiləri ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olan zərgərlik məmulatlarından ibarət yük aşkarlayıblar.

Teleqraf.com “RİA-Novosi”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Astana hava limanında sərhəd yoxlaması zamanı ümumi çəkisi 48 kiloqram olan iki çantaya baxış keçirilib. Yükə yapışdırılmış birkada onun Azərbaycan vətəndaşının adına olduğu qeyd olunub. Yük Astanaya İstanbuldan gələn reyslə daxil olub.

“Vətəndaşın yükünə baxış zamanı 11786 min ədəd zərgərlik məmulatı aşkarlandı. Onlardan 32 kiloqramı sarı rəngli, 16 kiloqramı boz rəngli qiymətli metaldan hazırlanıb. Qaçaqmal yükünün təxmini dəyəri 2 milyon ABŞ dolları həcmində qiymətləndirilir”, deyə məlumatda bildirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, əməliyyat tədbirləri aparılır.


Müəllif: Səxavət

Oxşar xəbərlər