Rusiya Federasiyasının Saxa Respublikasının deputatı Nikolay Rumyansev qəza törədib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Rumyansev idarə etdiyi “Nissan Patrol” markalı avtomobillə yolu keçmək istəyən 3 piyadanı vurub.
Hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Araşdırmalar zamanı Rumyansevin hadisə baş verən an sərxoş olduğu müəyyən edilib.