9 Sentyabr 2017 22:22
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalidə intiharçı kamikadze restorana hücum edib.

Teleqraf.com xəbər verir ki, hadisə Somalinin cənub-qərbində yerləşən Baydabo şəhərində baş verib. Yerli polisin nümayəndəsi Əhməd İsak bildirib ki, kamikadzenin özünü partlatması nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

O, bildirib ki, üzərində bomba daşıyan intiharçı restoranda yemək yeyən bir qrupu hədəf alıb.


Müəllif: Cavad