19 Sentyabr 2017 20:35
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova prezidenti hökumətin müdafiə naziri vəzifəsinə təqdim etdiyi növbəti namizədi təsdiqləməsə, o zaman Nazirlər Kabineti İqor Dodonla bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək.

“Report” Moldova hökumətinin saytına istinadən xəbər verir ki, bununla bağlı hökumətin sentyabrın 19-da keçirilən iclasında qərar qəbul olunub.

Hökumətin mübahisəli hallarda uyğun addım atması Moldova Konstitusiyasında təsbit edilib.

Qeyd edək ki, hökumət başçısı Pavel Filip müdafiə naziri postuna Avropa Xalq Partiyası sədrinin müavini Yevgeni Struzun namizədliyini irəli sürüb. İqor Dodon isə bu namizədi təsdiqləməyərək Viktor Qayçukun namizədliyini irəli sürüb. Baş nazir yenidən Yevgeni Struzun namizədliyini prezidentə təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər