Hokkey üzrə SSRİ yığmasının 78 yaşlı sabiq qapıçısı Viktor Tolmaçevin yaşadığı evdə cəsədi tapılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı polisə Viktorun 76 yaşlı keçmiş həyat yoldaşı məlumat verib.
O bildirib ki, artıq bir həftədən çoxdur Viktor görünmür. Evə gələn polislər Viktorun cansız bədənini aşkar ediblər.
Araşdırmalar zamanı onun 7 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.
Polisdən verilən məlumata görə, sabiq idmançı uzun müddət qızı ilə birgə yaşayıb. Ona görə cinayətdə şübhəli şəxsi kimi Viktorun qızı saxlanılıb.