PKK terror təşkilatının Avropadakı təbliğat kampaniyasının rəhbəri Suriyada öldürülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Firaz Dağ” ləqəbli Məhmət Aksoy Rakkada İŞİD terrorçuları tərəfindən güllələnib.
Terrorçu əlinə silah almadan kamera vasitəsi ilə anti-Türkiyə təbliğatı aparır və avropalıları PKK-ya qoşulmağa çağırırdı.
O, PKK silahlılarını “cici çocuqlar” adlandırırdı.