Dünən axşam saatlarında Braziliya Prezidenti Mişel Temerin səhhətində problem yaranıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı prezidentin mətbuat xidməti məlumat yayıb.
Müayinə zamanı Temerin ürəyinə gedən şah damarın tutulduğu müəyyən olunub və prezident dərhal əməliyyata alınıb.
San-paulodakı Suriya-Livan xəstəxanasının kardiologiya şöbəsində aparılan əməliyyat uğurla başa çatıb.