Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Paytaxtın Nizami rayonu, Çobanzadə küçəsi ev 59, mənzil 21 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Tural Nəbi oğlu Həsənovun meyiti vanna otağında aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Tural Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi olub./APA/