Türkiyənin Şanlıurfa bölgəsində qadın təsadüf nəticəsində sağ qalıb.
Teleqraf.com xəbər verir ki, əri tərəfindən bıçaqlanan 34 yaşlı qadın sağ qalmaq üçün özünü ölülüyə vurub. Arvadının öldüyünə əmin olan kişi evi tərk edib. Bu zaman qadın qonşuları köməyə çağırıb. Qan içində olan qadın dərhal xəstəxanaya çatdırılıb.
4 uşaq anasının durumu orta ağır kimi qiymətləndirilir. Polis faktla bağlı araşdırma aparır.