Bakıda ticarət mərkəzlərindən birində qadın alıcı fırıldaqçılıq edərək satıcını aldadıb.
Hadisə “28 May” metrostansiyasının qarşısında yerləşən ticarət mərkəzlərindən birində baş verib.
Belə ki, qadın alıcı 15 manat qiyməti olan aksesuar götürdükdən sonra satıcıya 100 manat pul verib.
Satıcı isə bildirib ki, 5 manat da verin, sizə 90 manat qaytarım.
Qadın 5 manatı satıcıya versə də qarşısındakının başının qarışdığını görüb 100 manatı öz cibinə qoyub.
Satıcı isə qadına 90 manat qalıq pulu verib.
Qadının fırıldaq əməli təhlükəsizlik kamerasına düşüb.
Teleqraf.com Baku.vs-yə istinadən həmin anı sizə təqdim edir.