Ermənistanın Sünik rayonunda yol qəzası baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisəni Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi avtomobil törədib.
Qəzanın səbəbləri məlum deyil. Məlumatı Ermənistan MN-nin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib:
“Hadisə zamanı “Ural” markalı hərbi avtomobillə minik avtomobili toqquşub. Hərbçilər arasında ölən və yaralanan yoxdur. Minik avtomobilinin sürücüsü və sərnişini həlak olub”.