Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov özü və qardaşı krminal aləmin üzvü olub.
Qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu krminal aləmdə "Haqqı” ləqəbi ilə tanınıb.
O, uzun illər Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub.
Özü bir müddətdir kriminal aləmdən uzaqlaşsa da, "İsim" ləqəbli qardaşı onun yolunu davam etdirir və hazırda qanunsuz silah saxlama maddəsi ilə Azərbaycanda həbsdədir./Unikal.org/