Misirin Qena şəhərində 20 yaşlı Rania F. küçədə ona sataşan İslam Ş. adlı gənci əlindəki çanta ilə döyüb.
Teleqraf.com xəbər verir ki, bununla hirsi soymayan qadın polisə müraciət edib.
Polis gənci həbs edib. Təhlükəsizlik kamerasındakı görüntüləri araşdıran məhkəmə İslamın 3 il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.