Kiyevdə Krıma həsr olunan beynəlxalq forumda çıxışı zamanı Ukraynanın İnformasiya naziri Yuri Stes huşunu itirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bundan əvvəl Avropa Parlamentinin deputatı Rebekka Xarms və ABŞ-ın Ukraynadakı səfiri Mari Yovaçiçə müraciət edib:
“Siz deyirsiz ki, Krım Ukraynanındır, Rusiya isə işğalçıdır. Əhməd Çiyqoza baxın! Onu hansı səbəbdən tutdular? Siz növbətisiz”.
Bu sözlərdən sonra huşunu itirən nazirin xəstə olduğu bildirilir.